70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.

 

Sfera.az bildirir ki, aktyor ilk övladını 2009-cu ildə itirib. Həyat yoldaşı Kelli Preston isə 2020-ci ildə vəfat edib.

 

Şəkildə Travoltanın özü, mərhum həyat yoldaşı Kelli Preston və 16 yaşında dünyasını dəyişən oğulları Cett yer alıb. 13 aprel 2024-cü ildə aktyorun oğlu 32 yaşını qeyd edəcəkdi.

 

"Ad günün mübarək, mənim Cetim. Elə gün olmur ki, yanımda olmayasan" – aktyor yazıb.

 

Qeyd edək ki, aktyorun böyük oğlu Baham adalarına ailəvi dincəlməyə getdikləri zaman dünyasını dəyişib. Gənc oğlan evlərində epilepsiya tutması zamanı başını vannaya vurub. Cett ağır xəstə olub. Həmçinin ona autizmin nadir - Kawasaki sindromu diaqnozu qoyulub. 

 

Aktyor vəfat edən övladının xatirəsinə xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək etmək üçün qeyri-kommersiya təşkilatı olan “Jett Travolta” Fondunu yaradıb.

 

Travoltanın həyat yoldaşı Kelli Preston isə döş xərçəngi ilə iki illik mübarizədən sonra 2020-ci ildə vəfat edib. Travoltanın mərhum həyat yoldaşından Ben adlı başqa bir oğlu və Ella adlı bir qızı var. O, övladlarını tək böyüdür.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR