Fransa kəşfiyyat orqanları Olimpiadanın açılış mərasimini ləğv etməyi tələb edir

Fransa kəşfiyyat orqanları Olimpiadanın açılış mərasimini ləğv etməyi tələb edir

Fransanın kəşfiyyat xidmətləri Olimpiya Oyunlarının açılış mərasiminin keçirilməsini məsləhət görmür. 

 

Fransa Daxili İşlər Nazirliyinə Parisdə Olimpiya Oyunlarının açılışı ilə bağlı planlara yenidən baxmaq və iştirakçılar üçün yüksək təhlükəsizlik səbəbindən alternativ “B planı”na keçmək tövsiyə olunub.

 

Sfera.az bildirir ki, bu barədə Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsindən məlumat verilib.


Məlumata görə, “Krokus Siti Holl”da törədilən terror aktı fonunda Fransada terror təhlükəsinin səviyyəsi maksimuma qaldırılıb. Fransa kəşfiyyatı Mərkəzi Asiyadan gələn vətəndaşlar üzərində yoxlamaları gücləndirib.

 

Kəşfiyyat mənbəsi qeyd edib ki, Sena çayında mərasimin hazırkı formatda planlaşdırıldığı kimi davam etmək üçün çox risklidir.

 

Kəşfiyyat mənbələrindən biri deyir: “Son bir həftə ərzində adətən izlədiyimiz Mərkəzi Asiyalılar arasında çoxlu aktivlik müşahidə olunur. Buna görə də Fransa kəşfiyyatı əsas diqqəti Türkmənistan, Qırğızıstan və Qazaxıstan vətəndaşlarına yönəltmək qərarına gəlib”.


Qeyd edək ki, bundan əvvəl Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi Pyer Şil Parisdə keçiriləcək Olimpiya Oyunlarının təhlükəsizliyinin təmin edilməsinə cəlb olunacaq hərbi kontingentin sayını 20 min nəfərə çatdırmağı planlaşdırdığını açıqlamışdı. O, həmçinin qeyd edib ki, hərbçilər Olimpiya məşəlinin estafetində iştirakçıları bütün ölkə boyu müşayiət edəcəklər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi əsas məkandır” – Deputat

"Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca...

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət etdi - VİDEO 

Xalq artisti Tünzalə Ağayeva Xalq şairi, dramaturq, ictimai xadim Səməd Vurğunun ev-muzeyini ziyarət edib.   Sfera.az xəbər verir ki, pop ulduz bunun...

Latviya Ukraynaya humanitar yardım GÖNDƏRDİ

Latviya Ukraynaya növbəti humanitar yardım göndərib.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.   Bildirilib ki, ya...

Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO

Xalq artisti Flora Kərimova "İnternational Medical Centre" klinikası və plastik-cərrah Sevinc Heydərovanı yenidən məhkəməyə verib.   Sfera....

Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”

  “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində keçirilən b...

Həftəsonu cinayət törədən 120 nəfər SAXLANILDI 

Həftəsonu ölkə ərazisində qeydə alınan 111, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. ...