Ərdoğan: "Rusiyadakı terror Türkiyədə təkrarlana bilər"

Ərdoğan:

Dünya Rusiyada törədilən terrorun şahidi oldu. Türkiyədə də analoji terror aktları törətməyə çalışan qüvvələr var.


Sfera.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, Türkiyə terrorçulara, o cümlədən PKK-ya qarşı uğurla mübarizə aparır.


“Hələ də ölkəmizə qarşı terrorçulardan istifadə etməyə çalışan qüvvələr var. PKK-nın sərhədlərimiz daxilində hərəkət etməsini və fəaliyyət göstərməsini qeyri-mümkün etdik. Addım-addım sərhədlərimizdən kənar ərazilərə nəzarəti ələ keçiririk”, - deyə o bildirib.
 

Ərdoğanın sözlərinə görə, Türkiyə hamı ilə hər şeyi danışmağa hazırdır, lakin Ankaranın qapısı terror təşkilatının rəhbərliyi altında olan terrorçular və siyasətçilər üçün bağlıdır.


İnci


OXŞAR XƏBƏRLƏR