Rizedən atılan Tayfun ballistik raketi Sinopda hədəfi vurdu - FOTO

Kateqoriya məlum deyil
T
Türkiyə milli müdafiə sənayesi addımlarını davam etdirir. Dünən Milli Müdafiə Nazirliyi “Tayfun” adlı ballistik raketi sınaqdan keçirib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rizədən atılan Tayfun ballistik raketi Sinop yaxınlığındakı hədəfi vurub.
“Tayfun” raketinin sınaqdan keçirilməsi Yunanıstanın narahatlığına səbəb olub. Bu Türkiyə mediası ilə yanaşı Yunanıstan mediasının da əsas gündəminə çevrilib. Afina-Ankara arasında gərginlik davam edərkən, Yunan mediasında “Tayfun” raketi xəbəri manşetlərdə yer alıb.
Türkiyənin güc nümayiş etdirdiyini vurğulayan Yunanıstan mediasında “Narahatıq” ifadələri işlədilib.
Orxan




