Moskvada təhlükəsizlik tədbirləri gücləndirildi

14:00 / 23.01.2021
3693
Rusiyanın güc strukturları paytaxtda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskva şəhərinin Puşkin meydanında Navalnı tərəfdarları etiraz aksiyası barədə anons veriblər.
Bundan sonra təhlükəsizlik orqanları meydanı nəzarətə götürüb. Bir neçə aksiya iştirakçısının meydanda həbs olunduğu deyilir.