No Image

Dəniz kələminin faydaları

Dəniz kələminin faydaları
 Dəniz kələmi yeyilən dəniz məhsullarındandır. Qədim zamanlarda dəniz kələmindən asan yolla əldə edilən dəniz məhsulu olduğuna görə istifadə ediblər. Onun tərkibi yetərincə minerallar və vitaminlərlə zəngindir. Keçmişdə dəniz kələmindən yanlız su sahillərində yaşayan insanlar istifadə edirdilər. Müasir dünyada isə planetin bütün bölgələrində dəniz kələmi restoranların qida rasionuna daxil edilib. Dəniz kələminin tərkibində 59% karbohidratlar, 13% zülallar, 11% liflər, 2% yağlar, 3% minerallar, 12% nəmlik var. Dəniz kələminin tərkibində yod, brom, marqanes, kolbat, sink, kalsium, kalium, natrium, kükürd, fosfor, azot və müxtəlif kimyəvi elementlər, polisaxaridlər, A, B1, B2, B6, B12, C, D, E vitaminləri var. Onun tərkibi pantoten və fol turşuları, L fruktoza və zülallı maddələrlə zəngindir. Adi kələmlə müqayisədə dəniz kələminin tərkibində olan maqniumun miqdarı 11, dəmirin miqdarı 16, natriumun miqdarı 40 dəfə artıqdır. Tərkibinin unikallığına görə dəniz kələmi alimlərin diqqətini həmişə özünə çəkə bilir. Elmi araşdırmalar dəniz kələminin maddələr mübadiləsində iştirak etdiyini və saçların dibini möhkəmləndirdiyini sübut etmişdir. Alimlər dəniz kələmi ilə qidalanmanın bədxassəli şişlərin böyüməsinin qarşısını aldığını sübut edib. Onun tərlkibində olan polisaxaridlər immun sistemin möhkəmlənməsinə səbəb olur. Elmi araşdırmalar zamanı az miqdarda dəniz kələmi yeməyin orqanizmin tonusunu artırdığını sübut ediblər. Dəniz kələmi yemək orqanizmin cavan qalmasına və ömrün uzanmasına səbəb olur. Onu yeməklə orqanizmdəki skleroz əlamətlərini aradan qaldırmaq mümkündür. Onun köməyi ilə protrombin indeksini 10-13% aşağı salmaq mümkün olur.  Azyaşlı uşaqlara dəniz kələmi yedirmək onun beyinin daha yaxşı inkişaf etməsinə səbəb olur. Dəniz kələmi zehni və əqli fəaliyyəti artırır, maddələr mübadiləsini yaxşılaşdırır, fiziki yorğunluğu aradan qaldırır, ürək-damar, tənəffüs sistemi xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır, immun sistemdəki disfunksiyanı aradan qaldırır. Davamlı olaraq laminariya yemək kişi və qadınlarda cinsi fəallığın artmasına səbəb olur. Tərkibində olan yod qalxanvari vəzin işinin normallaşmasına səbəb olur.

Gün ərzində 2 çay qaşığı təzə dəniz kələmi və ya 1 qaşıq quru dəniz kələmi yemək orqanizmin yuxarıda adları çəkilən xəstəliklərə yaxalanmasının qarşısını alır. Onun konservləşdirilmiş və marinadlaşdırılımışından da istifadə etmək orqanizmə eyni təsiri bağışlayır.
 
Dəniz kələminin zərərli xüsusiyyətləri:

Yoda qarşı həssaslığı çox olan adamlara dəniz kələmi yeyərkən diqqətli olmaları məsləhət bilinir. Həzm sisteminin kəskin xəstəlikləri, nefrit, hemorragik diatezlər, qızılca, məxmərək, frunkul xəstəlikləri zamanı dəniz kələmi yemək məsləhət görülmür.

Hamilələrə dəniz kələmi yeyərkən diqqətli olmaq məsləhət görülür.

Dəniz kələmindən istənilən qədər yemək olar. Çoxlu miqdarda yedikdə isə qanda olan yodun miqdarına nəzarət etmək lazımdır, çünki dəniz kələmindən çox istidadə eləmək orqanizmdə yodun miqdarının artmasına səbəb olur.
 
(milli.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda koronavirusa ən çox və ən az yoluxma olan bölgə...

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Sfera.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı...

Sinir sistemini gücləndirən MƏHSUL

 "Mütəmadi olaraq qədərində banan yemək ürəyə müsbət təsir göstərir və sinir sistemini gücləndirir". Sfera.az bildirir ki, bunu Seçenov Universitetin...

Xərçəngin birinci, əsas səbəbi: NİYƏ ONU GİZLƏDİRLƏR!

 Hər il xərçəng xəstəliyinə tutulanların sayının getdikcə artdığı bir dövrdə alimlər onun müalicəsi ilə yanaşı, yaranma səbəbinin müəyyən edilməsi üzərində...

Koronavirusu yüngül keçirtdiyimizi necə anlaya bilərik? – əlamətləri

Bütün dünyada koronavirusla mübarizə davam edərkən, ölüm sayı durmadan artmaqdadır. Digər tərəfdən də koronavirusa yoluxan, lakin bundan xəbəri olmayan şəxsləri...

Peyvəndlərin aparılması bərpa edilib

 Uşaqların peyvəndlənməsi bərpa edilib.   Sfera.az xəbər verir ki, peyvəndlərin aparılması hər zaman olduğu kimi milli peyvənd təqviminə uyğun həya...

Soyuq havanın əvəzolunmazı - TURŞULARIN FAYDALARI

 Kələm, çuğundur, qarğıdalı, lobya, sarımsaq kimi bir çox növü və ləzzəti olan turşular soyuq havaların ən gözəl qidalarındandır. Mütəxəssislər qeyd edirlə...