Bu ərazilərə QAR YAĞDI
Sentyabrın 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Balakən-Şəki zonasında isə intensiv olub. Şahdağın 3000 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb. Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 22 mm, Zaqatalada 21 mm, Qaxda (Sarıbaş) 15 mm, Lerik, Balakəndə 14 mm, Yardımlıda 13 mm, Qubada 12 mm, Qusarda 11 mm,