"Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina hallarını dərhal ictimailəşdirin" - Osman Gündüz

"Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina hallarını dərhal ictimailəşdirin" - Osman Gündüz

Rəqəmsal şəxsiyyət vəsiqəsi ilə bağlı müəyyən problemlər müşahidə olunur. Bəzən sosial mediada sözügedən vəsiqəni tanımaqdan imtina ilə bağlı məlumatlara rast gəlirik.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, məsələnin üzərindən sakitcə keçmək doğru olmaz. 

 

Onun sözlərinə görə artıq kağız formada olan şəxsiyyət vəsiqəsi ilə eyni hüquqi qüvvəyə malik rəqəmsal şəxsiyyət vəsiqəsi mövcuddur:

 

“Bunun həm hüquqi , həm də texniki-texnoloji tərəfləri öz həllini tapıb. Kağız formada şəxsiyyət vəsiqəsi əvəzinə, vətəndaşın “mygov”a daxil olaraq öz şəxsi məlumatlarını istənilən dövlət və ya özəl qurumlarda, notariuslarda və banklarda, müxtəlif xidmət mərkəzlərində təqdim etməsi yetərlidir”.

 

O.Gündüz qeyd edib ki, bu məlumatlar həm də “rəqəmsal sənəd” statusuna malikdir:

 

“Ona görə də düşünürəm ki, rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina hallarını dərhal ictimailəşdirmək doğru və faydalı olardı”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR