Gənclərin evliliklə bağlı psixoloji təzyiqlərə məruz qalması hansı fəsadlara yol açır? - AÇIQLAMA

Gənclərin evliliklə bağlı psixoloji təzyiqlərə məruz qalması hansı fəsadlara yol açır? - AÇIQLAMA

Azərbaycanda əksər gənclər evlənməklə bağlı valideynləri tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirirlər. Hətta buna görə yanlış qərar verənlər də olur. Buna baxmayaraq, müəyyən yaş dövründə əksər ata-analar övladlarının ailə qurmalı olduğunu deyir, “ölməmiş toyunu görüm”, “nəvə sahibi olmaq istəyirəm”, “yaşın keçib, camaat nə deyər” tipli cümlələrlə psixoloji təzyiq etməyə çalışırlar.

 

Gənclərin evliliklə bağlı psixoloji təzyiqlərə məruz qalması hansı fəsadlara səbəb ola bilər? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, evlilik cütlüyün hüquqi qərarıdır. Onun sözlərinə görə, cütlük ailə qurmaqla münasibətlərini qanun qarşısında tənzimləyirlər:

 

“Evlilik iki şəxsin seçimidir. Heç kimi evliliyə təhrik və ya məcbur etmək olmaz. İnsan psixologiyasında təhrik və məcburiyyət qəbul edilməzdir. Bir ömür birlikdə yaşayacağın birisini kiminsə, valideynlər belə olsa, seçməyə hüququ yoxdur. Adət-ənənə deyib insanların həyatını məhv etmək olmaz. İki şəxsin sevgisi ilə evlilik qurulmalıdır ki, məsuliyyəti də özləri daşısınlar. Ailədə sağlam psixoloji mühitin formalaşması seçimlə başlayır. Sevginin olduğu ailədə sağlam psixoloji mühit olur. Əksi olacaqsa, bu, cütlüklərin məsuliyyətidir. Nə evlilik, nə də boşanma fəlakətləşdirilməməlidir. Məcburiyyət və təhriklə formalaşan ailədə isə dayanıqlıq ola bilər, amma xoşbəxtlik olmayacaq”.

 

Psixoloq qeyd edib ki, valideynlərin istəyi ilə ailə quran insanlar xoşbəxt deyillər, onlar xoşbəxtliyi imitasiya edirlər:

 

“Özlərini başqalarına xoşbəxt göstərir, başqaları üçün yaşayır, başqalarına görə həyatlarını başa vururlar. Özləri üçün yaşamayan insanların taleyi olmur, tabeliyi olur. Valideynlər övladlarının həyat yoldaşı seçimlərində anlayış sərgiləməlidirlər. Övladlarının xoşbəxtliyini istəyirlərsə, səhv seçimlərinin yanında durmalıdırlar. Hər zaman ən yaxşısı düşüncəsi var, amma ən yaxşısı yoxdur. Gənclər isə ailə həyatı qurmağa tələsməməlidirlər. Qarşı tərəfi heç bir maddi maraq olmadan istəməlidirlər. O zaman quracaqları ailə dayanıqlı olacaq”.

 

R.Nəcəfov bildirib ki, ailə həyatı qurmaq istəməyən, maddi və mənəvi hazır olmayan şəxsləri evliliyə təhrik və ya məcbur etmək olmaz:

 

“Valideynlər evlilik zamanı övladlarının tibbi və psixi sağlamlıqlarını meyar götürməlidirlər. Övladlarının hansısa mənfilərini evliliklə həll edəcəklərini düşünməməlidirlər. Evlilik problemi həll etmir, böyüdür. Evlilik öncəsi bioloji yoxlanış qədər psixoloji dəyərləndirmə də aparılmalıdır. Cütlüklərin psixoloji dəyərləndirilməsi gələcəkdə baş verəcək mənfi hallara qarşı düşüncə immuniteti yaradacaq. Baş verəcək münaqişələrin risklərini minimuma endirmək lazımdır. Evlilik öncəsi cütlüklərdə psixoloji uyğunsuzluq müşahidə olunarsa, cütlük terapiyası və konsultasiyalarla dəstək vermək mümkündür. Evlilik ani qərar olmamalıdır. Buna hazır olmaq üçün psixoloji hazırlaşmaq lazımdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu qida altsheymer xəstəliyinə tutulma riskini AZALDIR - Həftədə 1 dəfə...

Yumurta Altsheymer xəstəliyinə tutulma riskini azaldan qidalardan hesab olunur.   Sfera.az xəbər verir ki, həftədə 1 dəfə yumurta yeyən insanlarda a...

Elm və Təhsil Nazirliyinin kollektivi Zəfər parkını ziyarət etdi - FOTOLAR

Sentyabrın 27-də Elm və Təhsil Nazirliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub.   Sfera.az xəbər verir ki, parkın girişindəki xati...

Xətaidə boya sexindəki güclü yanğın məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerlə...

AFFA məşqçini cəzalandırdı

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirili...

4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edildi

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Eksper...

Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından YAZDI: "Partlayış təhlükəsi var, bizi..." - VİDEO

Bakının Xətai rayonunda baş verən güclü yanğınla bağlı "Xəzər" TV-də təxliyə işləri həyata keçirilir.   Sfera.az xəbər verir ki, ...