"Qadın da toyuq, heyvan kəsə bilər" - İlahiyyatçıdan MARAQLI AÇIQLAMA
“Bir yanlış ənənə var ki, guya, qadınlar, yaxud sünnət olunmamış yeniyetmələr heyvan, toyuq kəsə bilməzlər. Bu, tamamilə yanlış inancdır”. Sfera.az bildirir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. Onun sözlərinə görə, insanlar inanır ki, heyvanı kişi kəsməlidir: “Bir də görürsən, qadın əlində bir toyuq, qaz yaxud hind toyuğu yolda dayanıb keçənlərdən xahiş edir ki, onu kəssinlər. Bəlkə, yoldan saxladıb heyvanı kəsdirdiyi adam heç müsəlman deyil, yaxud ateistdir. Bəs onda necə? Qadın adamdan