Zakir Həsənov Şamşad Mirzanı qəbul etdi - VİDEO

Zakir Həsənov Şamşad Mirzanı qəbul etdi - VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Sfera.az xəbər verir ki, görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələrini ehtiramla anıblar.

 

Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

 

Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir ölkələrimiz arasında hərbi əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

 

Azərbaycan, Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Pakistan nümayəndə heyətini məlumatlandırıb.

 

General S.Ş.Mirza səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb. Qonaq 8 Noyabr - Zəfər Günü münasibətilə müdafiə nazirini təbrik edib.

 

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlığın yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.

 

Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Pakistan-Türkiyə ikitərəfli və üçtərəfli birgə təlimlərinin intensivliyinin artırılmasının zəruriliyi qeyd edilib, eləcə də qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

 


OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva Sumqayıtda tədbirdə- FOTOLAR

Oktyabrın 28-də Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Ülviyyət” adlı tədbir keçirilib.  ...

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mir...

NASA astronavtının saatı rekord məbləğə satıldı - FOTO

NASA astronavtı Edqar Mitçelin 1971-ci ildə Ayda taxdığı saatı onlayn hərracda 2,2 milyon dollara satılıb. “Rolex GMT-Master” satılan ən bahalı astr...

Bakıda aktyor və arvadı 50 min manata görə QƏTLƏ YETİRİLDİ - TƏFƏRRÜAT

Oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda iki nəfər şəxs yaşadığı mənzildə öldürülüb.   Sfer.az-ın məlumatına görə, araşdırma za...

Normadan artıq yağan yağışlar kənd təsərrüfatı məhsullarının qıtlığına səbəb olacaq?

Normada yağan yağışlar kənd təsərrüfatına müsbət təsir göstərir. Normadan artıq düşəndə isə müəyyən fəsadları olur.   Sfera.az xəbər verir ki, bunu T...

Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi

Şəki şəhərində yerləşən "Şərifoğlu" tikinti materialları mağazasının sahibi həbs edilib.   Sfera.az xəbər verir ki, 36 yaşlı iş adamı S.Kər...