Evsiz insanlar 20 il tez ölür - Araşdırma

Cəmiyyət
13:28 / 28.10.2024
11850
Rusiyada aparılan bir araşdırmaya əsasən, evsiz insanlar evi olan insanlarla müqayisədə orta hesabla 20 il az yaşayırlar.
Sfera.az rus mediasına istinadən xəbər verir ki, son bir il ərzində Rusiyada daimi yaşayış yeri olmayan 50 minə yaxın insan ölüb. Evsizlər arasına ən yüksək ölüm göstəricisi Krasnodar diyarında qeyə alınıb. Bu diyarda ölənlərin 14 faizi evsiz olub.
Ölənlər arasında evsizlərin payı Sankt-Peterburqda 2,73 faiz, Maqadan vilayətində 2,55 faiz, Moskva vilayətində 2,01 faiz, Moskvada isə 1,76 faizdir.
Qeyd edək ki, Rusiyada mənzillərdə yaşmayan, tənha həyat sürən insanların sayı çoxdur. Yaşayış üçün nəzərdə tutulmayan yerlərdə məskunlaşmış rusiyalılar həyatla daha erkən vidalaşmalı olur.
Vasif