Ötən həftə azad olunan ərazilərdə 205 mina zərərsizləşdirildi

Cəmiyyət
15:21 / 28.10.2024
3651
Azad olunan ərazilərdə oktyabrın 21-27-də 43 tank əleyhinə mina, 162 piyada əleyhinə mina, 2777 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1157 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.