Təyyarə qəzasında yaralananların xəstəxanada hansı şöbələrə yerləşdirildiyi məlum oldu
Ötən gün, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin xəstəxanada hansı şöbələrə yerləşdirildiyi məlum olub. Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan və Qazaxıstan ombudsmanları tərəfindən yaradılmış işçi qrup məlumat yayıb. Bildirilib ki, ümumilikdə, 27 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 15 nəfər Azərbaycan, 8 nəfər Rusiya, 3 nəfər Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələ ki