Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri yaradılıb - FOTOLAR
Xaricdəki Azərbaycan Evlərində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anım guşələri yaradılıb. Sfera.az xəbər verir ki, Avstriya, Finlandiya, İspaniya, Kanada, Macarıstan,Yunanıstan və digər ölkələrdə yaşayan soydaşlarımız həmin ölkələrdəki Azərbaycan Evlərinə gələrək anım guşəsinə qərənfillər düzür, şam yandırır, qəza nəticəsində həlak olanları hörmətlə anır, yaralananlara şəfa