Zaqatalaya 82 sm qar yağdı
Azərbaycanda müşahidə olunan hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir. Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 82, Lerikdə 71, Qaxda (Sarıbaş) 50, Şəkidə (Kişçay) 40, Neftçalada 31, Lənkəranda 29, Yardımlıda 28, Qrızda 23, Balakən, Laçın və Qəbələdə 22, Daşkəsəndə 21, Kəlbəcər, Şahbuz və Astarada 20, Xaltan və Gədəbəydə 19, İsmayıllı, Naxçıvan və Biləsuvarda 16, Oğuz, Zərdab və