Heydər Cəfərliyə YÜKSƏK VƏZİFƏ VERİLDİ

Heydər Cəfərliyə YÜKSƏK VƏZİFƏ VERİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

 

Sfera.az xəbər verir ki, ADY-nin yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.

 

Qeyd edilir ki, Heydər Cəfərli 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2009-2011-ci illərdə Potsdam Universitetində "İqtisadiyyat və biznes", 2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər", 2016-2018-ci illərdə isə Drezden Texniki Universitetində "Layihə idarə edilməsi" ixtisasları üzrə magistratura pilləsində təhsil alıb.

 

Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və "Aqro-Azərinvest" MMC-də rəhbər vəzifələrdə çalışıb. 2018-ci ildən ADY-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilin avqustundan Kommersiya departamentinin müdir müavini olub və müdiri vəzifəsini icra edib.


OXŞAR XƏBƏRLƏR

Bakıda müəmmalı kütləvi ölümlərin təfərrüatı - VİDEO

Sabunçu rayonunda 15 nəfərin etil spirtindən zəhərlənərək ölməsinin təfərrüatı məlum olub.   Sfera.az Report-a istinadən xəbər verir ki, ölən şə...

Fərid Şahbazlı: “Azərbaycan-Pakistan əlaqələri çətin tarixi sınaqlardan üzüağ çıxıb”

“Pakistanın Baş naziri Şahbaz Şərifin bu gün Bakıya səfəri Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. B...

Sabah bu universitetlərdə tədris onlayn formada keçiriləcək

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq.   Sfera.az xəbər verir ki, sabahdan Azərbaycan Texniki Univers...

İkinci kurs tələbəsi faciəvi şəkildə HƏLAK OLDU

Azərbaycan Texnologiya Universitetinin tələbəsi vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda universitetin sosial şəbəkə hesablarında paylaşı...

Vitaminlərin belə istifadəsi bədənə ciddi zərər verir

İmmuniteti gücləndirmək üçün vitaminlərdən həkim məsləhəti olmadan istifadə qış mövsümündə artır. Ancaq balanslı qidalandıqda orqanizmdə vitamin çatışmazlığı ol...

Vaxtı bir neçə dəfə dəyişdirilən oyun axır ki, başladı

Ötən gündən təxirə salınan Azərbaycan Premyer Liqasının XXIV turunun "Zirə" - "Kəpəz" oyunu nəhayət, başlayıb.   Sfera.az xə...