Avtobuslardan istifadə edənlərin nəzərinə


Avtobuslardan istifadə edənlərin nəzərinə

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar, avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 

Bu barədə Sfera.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən məlumat verilib.

 

Bildirilir ki, AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb.

 

"Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın qəsəbələrarası yolların buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər var. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

 

Bölgələrdə sərnişindaşıma adi rejimdə davam etdirilir. Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvan, Laçın, İsmayıllı və Qəbələ istiqamətlərində reyslər təxirə salınıb. Qusar istiqamətində isə reyslər Qubayadək həyata keçirilir.

 

Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR

Bu həftə bürcləri nə gözləyir? - Pul, romantika və...

Bu həftə astroloji baxımdan maraqlı və enerjili olacaq.    Sfera.az 24 fevral - 2 mart arası bürcləri gözləyən yenilikləri sizlərə təqdim edir:...

AFFA “Turan Tovuz”a xəbərdarlıq etdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, komitə “Turan Tovuz”la bağlı qərarını açıqlayıb.   ...

Deputat: Heydər Əliyev ana dilinin qorunması istiqamətində müstəsna xidmətlər göstərib

Atatürk Mədəniyyət, Dil, Tarix Yüksək Qurumu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Mahmud Kaşqari adına Beynəlxalq Fondla birgə "Ana dili - Milli kim...

Daha 51 milyon dollar Azərbaycana qaytarıldı

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmamaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndə...

Qadınların maaşı niyə kişilərdən aşağıdır?- Ekspertdən AÇIQLAMA

Dünya Bankı Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması&quo...

Niderlandın xarici işlər nazirinin müavini Bakıya səfərə gəlib

Niderland Krallığının xarici işlər nazirinin müavini Marsel De Vink Azərbaycanda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Niderlandın Azərbay...