Sabah ilk çərşənbədir


Sabah ilk çərşənbədir

Sabah Novruzun ilk çərşənbəsidir.

 

Sfera.az xəbər verir ki, fevral ayının 22-si ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunacaq.
Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə Tanrı suyu ilk olaraq yaratdığı üçün birinci çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

 

Novruz bayramına gedən dörd çərşənbədən birincisi olan Su çərşənbəsi suyun təmizliyi, həyat mənbəyi olması ilə əlaqələndirilir. İnanclara görə suyun oyanması, torpağa dirilik gətirməsi və yazın gəlişinin ilk işarəsi hesab edilir. İnsanlar sübh tezdən suya gedər, onu təzələyər və su ilə bağlı adətlər icra edərlər.

 

Su çərşənbəsində adətə görə, evlərdə su ilə bağlı müxtəlif şənliklər keçirilir. İnsanlar bir-birinə su çiləyər, bulaq başına gedər və niyyət edib su içərlər. Həmçinin, bu çərşənbədə suyun bolluğu və təmizliyi firavanlıq rəmzi sayılır. Su çərşənbəsi Novruzun yaxınlaşmasını bildirən ilk çərşənbə olduğu üçün xüsusi önəm daşıyır.


OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı: “Azərbaycan-Pakistan əlaqələri çətin tarixi sınaqlardan üzüağ çıxıb”

“Pakistanın Baş naziri Şahbaz Şərifin bu gün Bakıya səfəri Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. B...

Sabah bu universitetlərdə tədris onlayn formada keçiriləcək

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq.   Sfera.az xəbər verir ki, sabahdan Azərbaycan Texniki Univers...

İkinci kurs tələbəsi faciəvi şəkildə HƏLAK OLDU

Azərbaycan Texnologiya Universitetinin tələbəsi vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda universitetin sosial şəbəkə hesablarında paylaşı...

Vitaminlərin belə istifadəsi bədənə ciddi zərər verir

İmmuniteti gücləndirmək üçün vitaminlərdən həkim məsləhəti olmadan istifadə qış mövsümündə artır. Ancaq balanslı qidalandıqda orqanizmdə vitamin çatışmazlığı ol...

Vaxtı bir neçə dəfə dəyişdirilən oyun axır ki, başladı

Ötən gündən təxirə salınan Azərbaycan Premyer Liqasının XXIV turunun "Zirə" - "Kəpəz" oyunu nəhayət, başlayıb.   Sfera.az xə...

Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa edilir?

Sabahdan etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə sadəcə səhər reysləri bərpa ediləcək. &n...