"91 yaşım var, gözləyirlər ki, ölüm, sonra həmin ordeni versinlər?!" - Xalq artisti
"Təzyiqdən əziyyət çəkirəm, gah qalxır, gah da düşür. Ürəyim də zəifdir. Çölə çıxa bilmirəm, evin içində o tərəfə, bu tərəfə gəzirəm”. Sfera.az xəbər verir ki, bunu Musavat.com-a 91 yaşlı Xalq artisti, tarzən Ceyran Haşımova deyib. O bildirib ki, mart ayını çox ağır keçirib: "Təzyiqim oynayır, taqətdən düşmüşəm. Heç yerə gedə bilmirəm. Əlim, ayağım buz kimi olur. Həkim deyir ki, çölə çıxmalıyam, hava almalıyam. Mənim isə buna halım yoxdur. Gəlinim, nəvələrim gəlib mənə baş çəkirlər. "Lalə”