Amerikadan gətirilən alman və yapon maşınları bahalaşacaq

Amerikadan gətirilən alman və yapon maşınları bahalaşacaq

Amerikadan Azərbaycana idxal olunan avtomobillərin qiymətinin artacağı proqnozlaşdırılır.

 

Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, 2 gün əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq ediləcəyini bildirib.

 

Qərar aprel ayının 2-dən qüvvəyə minəcək və ABŞ-yə idxal edilən hazır avtomobil və yük maşınlarına, o cümlədən detalları xaricdə yığılan Amerika markalarına şamil ediləcək.

 

Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədli bildirib ki, sözügedən qərar hərrac vasitəsilə ölkəmizə Amerikadan gətirilən avtomobillərin qiymətinə təsir edəcək.

 

Onun sözlərinə görə, qərarın qüvvəyə minməsinə bir neçə gün qalsa da, artıq hərracla satılan yeni avtomobillərin qiymətində artım tempi müşahidə olunur. Qərar qüvvəyə mindikdən sonra qiymət artımı konkret faiz üzərindən ifadə oluna biləcək.

 

Qeyd edək ki, amerikalı ekspertlər də qərardan sonra qiymətlərin artacağını bildiriblər. Hazırda ölkəmizə 2-ci əl avtomobillər əsasən Amerika və Koreya bazarlarından gəlir


OXŞAR XƏBƏRLƏR

Rusiya sözə qulaq asmasa, neft ucuzlaşa bilər

Rusiya və Ukrayna arasında atəşkəsin əldə edilməməsi rəsmi Vaşinqtonun daha sərt tədbirlərə əl atmasına səbəb ola bilər. Ehtimal edilir ki, ABŞ sərt tədbirlərdə...

Toyların sayının azalması bu sahələrə mənfi təsir edir

Azərbaycanda son illərdə nikahların sayının azalması toy mərasimlərinin də sayına mənfi təsir göstərir. Bununla əlaqədar olaraq əvvəllər şadlıq evi kimi fəaliyy...

Bu iki ölkə arasında 2 milyard dollarlıq hərbi müqavilə imzalanacaq

Polşa ilə ABŞ arasında 2 milyard dollarlıq hərbi müqavilə imzalanacaq.   Sfera.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Ko...

Ordumuzun Aprel qələbəsi

2016-cı ilin Aprel döyüşləri erməni işğalçılarının atəkəsi pozması və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutması ilə ...

Yeni cərimə müəyyən edilir- 500-dən 1000 manatadək

İcra ilə bağlı ödənişlərə görə yeni cərimə müəyyən edilir.    Sfera.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən icl...

Bakının bu qəsəbəsində yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində mazutluq sahədə yanğın olması barədə ilkin ...