Oruc tuta bilməyənlərə ÇAĞIRIŞ: “Fitrədən əlavə, fidyə də verməlidirlər”

Oruc tuta bilməyənlərə ÇAĞIRIŞ: “Fitrədən əlavə, fidyə də verməlidirlər”

11 ayın sultanı Ramazan təkcə mədənin deyil, həm də nəfsin, gözün və dilin oruc olduğu aydır.

 

Təsadüfi deyil ki, islamda digər aylardan fərqli olaraq Ramazan ayında bir çox əməllərin icrası hökm kimi təsbit olunub. Yəni Ramazan ayında bir sıra əməlləri icra etmək vacibdir.
 

Onlardan biri də fidyədir.
 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyir ki, Quranın Bəqərə surəsinin 184-cü ayəsində Allah təala buyurur:

"Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir."
 

Fidyə əvəzləməkdir. Oruc tuta bilməyənlərin ehtiyacı olan insanlara verəcəyi ianə, yemək, ərzaqdır. Fidyə oruc tuta bilməyənin tutmadığı bütün ümumi günlərin sayı qədər fitrə verməsidir. Fitrə və fidyəni hər kəs öz yediyi yeməkdən, yəni onun maddəsindən, dəyərindən verməlidir. Gündə balıq, ət, kürü, bal yeyən şəxsin axırda buğda və arpanın qiyməti qədər fidyə verməsi doğru deyil. Kim gündəlik hansı dəyər və tərkibdə qidalanıbsa həmin dəyər və qidaların qiyməti qədər də fidyə verməlidir”.

 

İlhaiyyatçı deyir ki, fitrə və fidyəyə qiymət qoyub pul məbləği açıqlamaq dini alverə çevirmək, biznes görkəmi yaratmaqdır və tamamilə günahdır:
 

“Sadəcə fitrə və fidyəni mənasını, əhəmiyyətini cəmiyyətə elə anlatmaq lazımdır ki, məbləğ, pul, miqdar açıqlamağa ehtiyac qalmasın. Adam var ki, günorta yeməyinə 100 manatlıq kaloridə yemək yeyir. Adam da var, 3 manatlıq konserv yeyir. Bunların ikisinə də ümumilikdə necə deyə bilərsən ki, ikiniz də eyni miqdar və məbləğdə fitrə, fidyə verməlisiniz? Axı, bu ədalətsizlikdir.
 

İslam dini ədaləti, əsas da sosial ədaləti öndə tutan dindir. Bəzən müəyyən məbləğ açıqlayırlar.
 

Çox adamın da bu məbləği verməyə imkanı çatmır. Hansi ki, onun özü fitrə və fidyə almalı olan kasıb zümrədəndir. Amma elan olunan məbləği məcbur qalıb verir, tərəddüd edir ki, birdən günah etmiş olar. Ona görə hər kəs ağlına gələn rəqəmi, məbləği fitrə miqdarı kimi elan etməməlidir. Kimin imkanı, gücü, maddi durumu hansı miqdara, hansı məbləğə yetirsə ondan, o qədər də verməlidir.

 

Buğda, arpa, xurma kimi ərzaqlar Peyğəmbər zamanında hamının evində mövcud olan qidalar idi. O dövrün ölçü miqdarına görə adam başına 3 kq buğda, arpa, xurma kimi qidaları yaxud onun məbləğində olan, dəyərində olan başqa ərzaqı yaxud pulunu vermək olar. Burada arpa, buğda, xurma təsnifat üçün deyilib, deyilməyib ki, sırf bunlardan verməlisiniz. Yəni imkanı zəif olan arpadan, bir qədər orta olan buğdadan, yüksək olan xurmadan yaxud onun məbləğindən hesablamalıdır.


Eləcə də, hər səhər 80 manatlıq kürü yeyənin 3 manatlıq fidyə verə bilməz, bu fidyə sayılmaz. Təkrar edirəm, müəyyən səbəblərə görə oruc tuta bilməyən şəxslər hər gün naharda yediyi yeməyin qiymətində fidyə verməlidir. Və bu fidyə bir dəfə yox, bütöv ay üçün nəzərdə tutulur”.


OXŞAR XƏBƏRLƏR