Bakıda bu tarixdə taksilər işləməyəcək - TƏTİL OLACAQ
“Aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən minlərlə taksi sürücüsü tətil elan edəcək”. Sfera.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov deyib. Onun sözlərinə görə, tələbləri yerinə yetirilməsə, etiraz tətillərini davam etdirəcəklər. Tələblərə gəlincə, E.Eldarov deyib ki, sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin mindirib-düşürmək üçün taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini,