"Kişiyə diqqət göstərəndə özünü "kral" hesab edir"

"Elə qadınlar var ki, həddən artıq qısqancdır. Qısqanc olmaq lazımdır, amma heç vaxt bunu kişiyə tam göstərmək lazım deyil. İpi əldə saxlamaq lazımdır. Qoy getsin, amma sonra bir şey olan kimi dartmaq lazımdır bu tərəfə".
Sfera.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" verilişində deyib.
O, həddən artıq qısqanclığın münasibətə xeyir gətirmədiyini qeyd edib:
"Kişiyə həddən artıq diqqət göstərəndə özünü "kral" hesab edir. Qadın özünü "kraliça" kimi hiss etməlidir. Həddən artıq qısqanclıq heç bir münasibətə xeyir gətirmir. Tutaq ki, kişinin hansısa bir idmançı qadından xoşu gəlir. O dəqiqə soruşur ki, sən niyə ona baxırsan? Mən futbolçu Levandovskini çox sevirəm. Kimsə mənə deyə bilməz ki, niyə Levandovskiyə baxırsan?" (axsam.az)