Ölkə ərazisində şimşək çaxır, arabir leysan və qar yağır - FAKTİKİ HAVA
Aprelin 28-də saat 09:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağır. Belə ki, düşən yağıntının miqdarı Quba və Qusarda 10, Xaltanda 5, Şəki, Qrız və Şabranda 4, Oğuz, Qəbələ, Altıağac, İsmayıllı, Yardımlı, Astara, Ağdam, Qax, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Sabirabad,