İbrahim İbrahimov vəzifəsindən ayrıldı

Cəmiyyət
12:05 / 28.04.2025
4329
“PAŞA Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin I müavini İbrahim Hüseynqulu oğlu İbrahimov vəzifəsindən ayrılıb.
Sfera.az APA-ya istinadla xəbər verir ki, sözügedən vəzifəyə hələlik hər hansı təyinat olmayıb.
O, bu vəzifəyə 2017-ci ildə təyin edilmişdi.
PAŞA Həyat Sığorta ASC 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 40,25 milyon manat olan şirkətin səhmləri tam şəkildə PAŞA Holdinq MMC-yə məxsusdur.