Pensiya artımı ilə bağlı əhaliyə mühüm xəbər

Pensiya artımı ilə bağlı əhaliyə mühüm xəbər

Azərbaycanda bəzi vətəndaşlar rəsmi sahibkarlıq fəaliyyəti göstərməsələr də, VÖEN vasitəsilə çalışırlar. Bu isə onların hüquq və öhdəlikləri, xüsusilə də sosial sığorta haqları və gələcək pensiya təminatları ilə bağlı suallar doğurur.

 

VÖEN-lə çalışanların sosial ödənişləri, pensiya hüquqları necə tənzimlənir?

 

Sfera.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, Azərbaycanda sosial ödənişlərin müxtəlif növləri var:

 

“Bilirsiniz, VÖEN-lə çalışanların bir hissəsi sadələşmiş vergi ödəyiciləridir. Məsələn, taksi sürücüləri, bərbərlər, fərdi sahibkarlar və sair. Onlar minimum əməkhaqqının 6 faizi qədər Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəniş edirlər. Bundan əlavə, onların icbari tibbi sığortası minimum əməkhaqqının 4 faizini təşkil edir. Pensiya hüquqlarının formalaşması isə ödənilən sosial sığorta haqlarından asılıdır. Hər ay ödənilən məbləğlər pensiya hesabına yığılır və onun əsasında formalaşır. Bu, istər VÖEN, istərsə də əmək müqaviləsi ilə çalışanlara aiddir. Digər şərtlərdən biri iş stajıdır. VÖEN-lə çalışanlar sosial təminatdan məhrum olurlar. Məsələn, onların məzuniyyəti, tibbi kompensasiyası və sair kimi haqları yoxdur”.

 

İqtisadçının sözlərinə görə, yeni qaydalara əsasən, uzun müddət VÖEN-lə çalışan şəxslər mütləq əmək müqaviləsi bağlamalıdırlar ki, sosial təminat hüquqları yaransın:

 

“Təəssüf ki, bəzi hallarda bunu müşahidə etmirik. Eyni zamanda dövlət özəl pensiya fondlarına təşviq edir. Bu fondlar işçilərin pensiya kapitalını artırır və dövlətin də sosial yükü azalır. VÖEN-lə çalışan şəxslər təkcə sadələşmiş vergi ödəyiciləri deyil. Hətta ondan istifadə edə bilməsələr belə, öz gəlirlərindən DSMF-yə həmişə ödəniş etmək məcburiyyətindədirlər. Dövlətin isə hər kəs qarşısında minimal öhdəlikləri var. Hətta işsiz şəxslər də müavinət ala bilərlər. Bu səbəbdən Azərbaycanda 10 min manat pensiya alanlar da var, daha aşağı məbləğlər də mövcuddur. Pensiya haqları sosial sığorta ödənişləri və staj nəzərə alınmaqla, xüsusi düsturla hesablanır. Həmçinin pensiya hüququ qazanmaq üçün minimum 25 il sığorta stajı tələb olunur və bu müddət ərzində sosial sığorta ödənişləri müntəzəm edilməlidir. Bundan əlavə, VÖEN-lə çalışan şəxslər həm də özəl pensiya fondlarına qoşularaq əlavə yığım edə bilərlər. Bu da gələcəkdə daha yüksək pensiya almağa şərait yaradır”.

 

Qeyd edək ki, 2025-ci ildən minimum pensiya məbləği 320 manatdır.


OXŞAR XƏBƏRLƏR

Təyyarə qəzasında ölənlərin sayı 300-ü keçdi

Hindistanın "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox in...

Attestata görə pul yığan sinif rəhbərinə xəbərdarlıq edildi - VİDEO

Bakı şəhər Təhsil İdarəsi 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb.   Sfera.az xəbər verir ki, bu b...

“Bunlar boş şeylərdir” - Fərqanə Qasımova

Xalq artisti Alim Qasımovun toyda rep oxuması ilə bağlı görüntülər birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə əksəriyyət onu bu hərəkətlərinə görə tənqid edib....

Sağ qalan sərnişin qəzadan danışdı

Xəbər verdiyimiz kimi, Hindistanın qərbində qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin bir...

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

“İranda sabitliyin pozulması bizim maraqlarımıza cavab vermir” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim...