Mayora hücum edən idmançıların həbsi uzandı
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum ittihamı ilə həbs edilən kikboksçuların həbs müddəti yenidən uzadılıb. Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb. Hakim yeni sübutların toplanması üçün təqdimatı təmin edib. Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti daha 1 ay 5 gün uzadılıb. Qeyd edək ki, təqsirləndirilənlərlə zərərçəkmiş Fuad Zeynalov arasında