Alış-veriş qəbzini verməyən mağaza 1000 manat cərimələndi

Alış-veriş qəbzini verməyən mağaza 1000 manat cərimələndi

15.8 manatlıq alış-verişin çekini müştəriyə verməkdən imtina edən mağazanın sahibi 1000 manat cərimə edilib.

 

Sfera.az xəbər verir ki, vergi müfəttişi mağazaya daxil olandan sonra alış zamanı ona kassa çeki təqdim olunmayıb.

 

Yalnız RKP deyilən və notebooka bağlanmış printerdən çap olunan xırda bir çek tərtib olunub və çekdə də 4.5 manat dəyərində “Nivea” əl kremi qeyd olunub.

 

Bundan sonra o, yenidən obyektə daxil olub, xidməti vəsiqəsini xanım satıcıya təqdim edib.
 

Satıcı ondan müdiriyyətin gözlənilməsini xahiş edib, gözləmə səlahiyyətləri olmamasına baxmayaraq, xanımın xahişini yerə salmayıb humanistlik göstərərək gözləyə biləcəyini bildirib.
 

 

Mağaza sahibi gəldikdən sonra kassanın fiskal yaddaşına baxış keçirərkən 4.50 manat dəyərində malın həqiqətən kassanın fiskal yaddaşına vurulmadığı bəlli olub.
 

Xamın da həmin vaxt etiraf edərək çeki kasssaya vurduğunu, lakin zibil qabına atdığını bildirib. 15.80 manat dəyərində olan çek isə kassaya mədaxil olunmayıb. Vergi qanunvericiliyinı görə çek kassaya mədaxil olunmalı, geri qaytarıldığı təqdirdə isə geri qaytarma çeki olmalıdır. O, çekin bərpa olunmasını təklif edib, qarşı tərəf isə həmin çeki bərpa etməyəcəyini bildirib.
 

Buna görə də Xəzər rayon Məhkəməsinin qərarı ilə mağaza sahibi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilib. (Modern.az)


OXŞAR XƏBƏRLƏR

Bakıda 29 yaşlı gənc dəm qazından boğuldu

Bakıda 29 yaşlı gənc dəm qazından boğulub.   Sfera.az-ın  məlumatına görə, 1996-cı il təvəllüdlü Şahruz Tapdıqov yaşadığı evində dəm qazınd...

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti mayın sonunda bərpa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstan hökumətindəki mən...

Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlayır

Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.   Sfera.az xəbər verir ki, bu haqda NOTAM aviasiya bildirişində məlumat verilib. ...

Xalq rəssamı Rafiz İsmayılov vəfat etdi

Görkəmli kino və dekor rəssamı, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.   Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat v...

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...