127 taksi sürücüsü imtahandan kəsildi

127 taksi sürücüsü imtahandan kəsildi

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı təşkil edib.

 

DİM-dən Sfera.az-a bildirilib ki, imtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olublar. Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

 

Xatırladaq ki, imtahan vermək üçün 780 namizəd qeydiyyatdan keçib. Onlardan 712-si imtahana gəlib. İmtahanın nəticələrinə əsasən, 585 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

 

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

 

İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası mayın 1-2-də saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.


OXŞAR XƏBƏRLƏR

“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"

"AQA Şirkətlər Qrupu” gənc və istedadlı qızlar üçün könüllü şəkildə təsis etdiyi təqaüdlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatla...

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiy...

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.   Sfera...

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Azərbaycan Prezidenti İlham Əliyev Baş prokurur vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.   Sfera.az Kamran Əliyevin dosyesini tə...

Bakıda bank kartı və pul talamaqda şübhəli bilinən qadın saxlanıldı

Paytaxtın Xətai rayonunda yerləşən evlərin birindən 7 400 manat dəyərində qızıl-zinət əşyası, 70 manat və 900 dollar oğurlanıb.   Bu barədə Sfer...

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində Qazaxıstanın Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatlarının (PUA) Tətbiqi və İnkişaf D...