"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR
Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların cəmiyyətə mesaj verdiyi, onların fikir və duyğularına, arzu və xəyallarına, potensial və haqlarına səhnə ayrıldığı "Bir səhnə, min rəng, bir gələcək” – Uşaqların Səsi Forumu keçirilib. Sfera.az xəbər verir ki, forum Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, "Unibank"ın maliyyə, ARB Televiziyası və "Qaynarinfo"nun media dəstəyi ilə LİBRAFF Park Akademiyada baş tutub. "Uşaqların Səsi