Pensiyaçılarla bağlı yeni məsələ – Məhdudiyyətlər ola bilər…

Pensiyaçılarla bağlı yeni məsələ – Məhdudiyyətlər ola bilər…

Son illər kredit götürənlər arasında yaşlı nəslin nümayəndələrin çox olması diqqət çəkir. Bildirilir ki, əvvəllər yaşlı insanlar kredit götürməyə ehtiyatla yanaşar, bunu təhlükəli hesab edərdilər. Son illər isə pensiya yaşında olan insanların kredit götürməyə daha meyilli olması müşahidə edilir.

 

Sfera.az “globalinfo.az”a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, yaşlı insanlar kredit götürmək və borca girmək məsələsində indiki nəslə nisbətən daha konservativ idilər:

 

“Onlar banklara daha az müraciət edir, yalnız zəruri hallarda borc almağa cəhd göstərirdilər. Lakin hazırkı nəsil cəmiyyətin inkişaf səviyyəsi, əvvəlki dövrlə müqayisə, eləcə də tələb və təklifin dəyişməsi baxımından, borc almağa daha meyillidir. Bankların da fiziki şəxsləri borc əsarəti altında saxlamaq imkanları geniş xarakter alıb. 

 

Pensiyaçıların kredit götürməsi isə birbaşa onların şəxsi ehtiyacları ilə bağlı deyil. Əksinə, bu halların əksəriyyəti gənclərin atdığı addımların nəticəsidir. Onlar himayələrində olan pensiyaçı valideynlərdən və ya digər yaşlı ailə üzvlərindən istifadə edərək kredit götürürlər. Sonda isə kreditin pensiyaçı tərəfindən alındığı görüntüsü yaranır. Əslində borcu götürən gənclərdir, sadəcə onların adından istifadə edilir”.


İqtisadçı əlavə edib ki, bu sahədə qanunvericilikdə müəyyən boşluqlar mövcuddur:
 

“Gənclər himayələrində saxladıqları pensiyaçıların güzəşt imkanlarından yararlanaraq banklardan kredit götürürlər. Bu istiqamətdə məhdudiyyətlərin tətbiqi məqsədəuyğun olardı. Hüquqi-normativ baza baxımından müvafiq çərçivələrin yaradılmasına ehtiyac var. Borclanmanın artması, əslində, köhnə nəslin kredit götürməsi anlamına gəlmir. Onların pensiyaçı kimi sahib olduqları güzəştlərdən sui-istifadə halları müşahidə olunur”.


OXŞAR XƏBƏRLƏR

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...

Oğlunun dəbdəbəli xərcləri baş naziri vəzifəsindən etdi - TƏFƏRRÜAT

Monqolustanın baş naziri oğluna görə istefa verib. Luvsannamsrain Oyun-Erdene oğlu ilə bağlı xəbərlərdən sonra qalmaqalın mərkəzində olub. Baş nazirin istefasın...

Keniyada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTO

Keniyada Azərbaycanın 28 May - Müstəqillik Gününə həsr olunmuş ziyafət təşkil edilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşl...