"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

"Rabitəbank"ın "Möcüzə Yarmarkası" uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı
Kateqoriya məlum deyil
T

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihəsi öz sonluğunu sevgi və ümid dolu bir görüşlə tamamlayıb. Layihənin yekun mərhələsi çərçivəsində Rabitəbank kollektivi “Ümid Yeri” Uşaq Sığınacağında yaşayan uşaqları ziyarət edərək onlarla unudulmaz bir gün keçirib.

 

Ziyarət zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, birlikdə bayram tortu kəsilib və əyləncəli oyunlar təşkil olunub. Sığınacaqda yaşayan uşaqlar üçün bu görüş həm sevinc dolu anlar, həm də onlara dəyər verildiyini hiss etdikləri xüsusi bir günə çevrilib.

 

“Möcüzə Yarmarkası” Rabitəbank əməkdaşlarının və onların övladlarının iştirakı ilə həyata keçirilib. Layihə çərçivəsində təşkil olunan yarmarkada müxtəlif məhsullar satılıb. Toplanan vəsait isə əməkdaşların və onların övladlarının təşəbbüsü ilə “Ümid Yeri” Uşaq Sığınacağında yaşayan balacalar üçün hədiyyələr alınmasına sərf olunub.

 

"Rabitəbank" bu təşəbbüsü ilə bir daha sübut etdi ki, sosial məsuliyyət yalnız maddi dəstək deyil, həm də mənəvi körpülərin qurulması, cəmiyyətin həssas təbəqələrinin yanında olmaqdır. Layihə eyni zamanda bank kollektivi üçün də dəyərli bir mənəvi təcrübəyə çevrilərək həmrəyliyi gücləndirib, xoş niyyətin birləşdirici gücünü göstərib.

 

"Rabitəbank" fəaliyyəti dövründə hər zaman müxtəlif sosial layihələrlə cəmiyyətin fərqli təbəqələrinə dəstək göstərir. “Möcüzə Yarmarkası” təşəbbüsü isə həm uşaqlara sevinc bəxş edib, həm də cəmiyyətə ümid mesajı verib.

 

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR