DİN-dən kiberdələduzlarla bağlı XƏBƏRDARLIQ: “Dərhal blok edin!"
İyunun 2-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 3000, 1803, 390, 200, 100, 100, 98, 90, 70, 63, 51 manat və 34 dollar məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib. Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "Zərərçəkmişlər naməlum şəxslərin saxta xarici nömrələrdən, profil və səhifələrdən göndərdikləri tələblərinə, təkliflərinə və vədlərinə inanaraq dəqiqləşdirmə aparmadan bank kartının nömrəsi,