Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub

Ötən ay sərhəddə 3,7 milyon qaçaqmal tutulub
Kateqoriya məlum deyil
T

May ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 291 kiloqram 941 qram narkоtik vasitə, 564 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
 

Bu barədə Sfera.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.


Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 793 min 325 manat оlan qaçaqmal, о cümlədən “Astra” markalı tapançaya məxsus daraqla birlikdə 17 ədəd patron, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR