"Ərizəni yaz, səninlə işləyə bilməyəcəyik" - Razi Nurullayevdən ETİRAZ
"Elə hallar olur ki, vəzifəyə təzə təyin olunan məmur kreslosuna çatar-çatmaz qılıncını çəkib düşür işçilərin üstünə ki, ərizəni yaz, səninlə işləyə bilməyəcəyik. Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma var". Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Razi Nurullayev deyib. Onun sözlərinə görə, pensiya yaşına çatmağa az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər də olur. "Hamıya oğru kimi baxırlar.