5 gün sonra “Bulvarda kino axşamı” olacaq


5 gün sonra “Bulvarda kino axşamı” olacaq

İyulun 19-u “Bulvarda kino axşamı” adlı layihəyə start verilir. 


Sfera.az xəbər verir ki, həmin gün saat 20:00-da “Görüş” filminin nümayişi olunacaq.


Filmlərin nümayişi ilə yanaşı, “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənəcək.

 

Sərgini ziyarət edənlərin sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksessuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları görmək imkanları olacaq.


Qeyd edək ki, layihə Mədəniyyət Nazirliyinin dəstəyi, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR