"Dəfn pulu ilə bağlı qaydalar sadələşdirilsin" - TƏKLİF

"Dəfn pulu ilə bağlı qaydalar sadələşdirilsin" - TƏKLİF

"İmişlidə əksər yaş məclislərində məndən ölüm kağızının alınması ilə bağlı kömək istənilir. Prosedurlar qanun çərçivəsində mürəkkəbləşdirilib və tələblər yüksəlib".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Razi Nurullayev deyib.

 

Onun sözlərinə görə, bizim yas mərasimlərimiz daha çox adət-ənənəyə və mental dəyərlərimizə söykənir. 

 

Qeyd edib ki, xəstəxanada xəstə kimi qeydiyyatda olmayana, təcili yardım çağırmayana, təyin olunmuş qısa müddət ərzində dəfn pulu üçün müraciət etməyənə də ölüm kağızı verilmir və hamısı məhkəməyə yönləndirilir. 

 

"Yaxınını itirmiş ailənin başı minimum 7-10 gün qarışır. Hüquqi prosedurlar yadına düşmür belə. Məhkəməyə getmək üçün də 101 manat ödəniş olmalıdır. Gedir məhkəməyə, məhkəmə də deyir ki, get icra nümayəndəsindən arayış gətir".

 

Deputat nəzərə çatdırıb ki, əvvəl icra nümayəndəsinin arayışı ilə məsələ asanlıqla həllini tapırdı. 

 

"Əgər məhkəmə icra nümayəndəsinin arayışı ilə iddianı həll edirsə, o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı? Məntiqli sual deyilmi? Təklif edirəm ki, ölüm kağızının və dəfn pulunun ödənilməsi ilə bağlı problemlərin həlli üçün qanun və qaydalarda sadələşdirilmə aparılsın".

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR