Rayonlarda havanın temperaturu necə olub?


Rayonlarda havanın temperaturu necə olub?

Azərbaycanda hazırda bəzi rayonlarda havanın temperaturu 39 dərəcəyə çatıb.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Qeyed edilib ki, iyulun 14-ü saat 16:00-a olan məlumata əsasən hazırda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 31 dərəcəyədək isti qeydə alınır.

 

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin iyulun 17-dək davam edəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR