Şəhid analarından həmdərdlərinə çağırış: “Balalarınızın ruhunu incitməyin” - FOTO
“Çayxanalara, kababxanalara şəhid övladlarınızın şəkilləri ilə getməyin, ora ziyarətgah deyil” 44 günlük Qarabağ müharibəsindən 5 ilə yaxın vaxt keçsə də, bu savaşda yaşananlar dünən-srağagün baş vermiş hadisələr kimi xatirələrdədir. İstər hərbçilərimizin qəhrəmanlığı, istər də xalqımızın Ali Baş Komandanın ətrafında bir nəfər kimi birləşməsi qürurverici anlar, tariximizin bir parçası olaraq heç zaman yaddaşlardan silinməyəcəkdir. Şübhəsiz, Azərbaycan var olduqca bu şərəfli tarixi bizə