Lamiyə Xəlilova baş katib təyin olundu


Lamiyə Xəlilova baş katib təyin olundu

Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası İctimai Birliyinin növbəti iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, iclasda Lamiyə Xəlilova yekdil qərarla sözügedən assosiasiyasının baş katibi təyin olunub.

 

Məlumat üçün bildirək ki, L.Xəlilova Nəqliyyat və Logistika üzrə The Chartered Institute of Logistics and Transport (CILT) tərəfindən akkreditasiya edilmiş MILT statuslu beynəlxalq dərəcəli mütəxəssisdir, o cümlədən beynəlxalq təşkilat olan WILAT-ın (Women In Logistics And Transport) Azərbaycan üzrə əlaqələndiricisidir. O, həmçinin layihələrin idarəedilməsi sahəsində The IASSC Certified Lean Six Sigma Yellow Belt (ICYB) sertifikatına, habelə nəqliyyat, logistika və layihə idarəçiliyi sahələrində 15 ildən artıq praktiki təcrübəyə malikdir. L.Xəlilova hazırda Azərbaycan Texniki Universiteti (AzTU) və Dövlət Gömrük Komitəsinin Akademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur.

 

Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası 2021-ci ilin iyun ayında yaradılıb. Assosiasiyanın əsas məqsədi dövlət orqanları ilə sıx əməkdaşlıq, bu sahədə fəaliyyət göstərən regional, beynəlxalq assosiasiyalar və konfederasiyalar arasında kommunikasiya quraraq, ölkəmizin tranzit potensialını dünyada təbliğ etmək, təlim və təcrübə proqlamları vasitəsi ilə milli kadrları yetişdirməklə Azərbaycanda logistika bazarını inkişaf etdirməkdir.

 

Qeyd edək ki, Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyasının (International Federation of Freight Forwarders Associations - FIATA) üzvüdür. 1926-cı ildən fəaliyyət göstərən və mərkəz ofisi Cenevrədə yerləşən FIATA 150-dən çox ölkədən olan 109 Ekspeditorlar Assosiasiyalarını, eləcə də 5 500-dən çox fərdi üzvi və 40 000-dən çox Nəqliyyat və Ekspeditor şirkətlərini birləşdirir.


OXŞAR XƏBƏRLƏR

Sərnişinlər gecikmək qorxusu ilə hava limanında kütləvi dava saldılar - VİDEO

Barselona hava limanında böyük növbələr səbəbindən dava baş verib. “Ryanair”in İspaniyadakı uçuşları üçün uzun növbələrin videoları internetdə ...

Yeni Klinikanın direktoru orqanlarını bağışladı

Yeni Klinikanın direktoru Barat Yusubov orqanlarını bağışlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Barat Yusubov sosial şəbəkə hesabında məlumat ya...

Bu şəxslər Rusiyada iş tapa bilməyəcək

Rusiya Əmək Nazirliyi rus dilini bilməyən əcnəbi işçilərin bir sıra xidmət sektorunda işə götürülməsini qadağan edən qanun layihəsi təklif edib.   Sf...

Pərviz Yusifova yeni vəzifə verildi - FOTO

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova yeni müşavir təyin edilib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu vəzifə Pərviz Yusifova həvalə...

Sabah bu şəxslər ehtiyatlı olsunlar! - XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidət...

Sərnişin limiti keçən çamadanı əl baqajı ölçülərinə uyğunlaşdırdı - VİDEO

Sərnişin hava limanında əl yükünün ölçülərini yoxlamaq üçün çamadanını zorla metal qutuya yerləşdirdikdən sonra sosial media ulduzuna çevrilib. Video əvvəlcə Ti...