Bu ölkədə internetə şəxsiyyət vəsiqəsi ilə giriş dövrü başladı

Bu ölkədə internetə şəxsiyyət vəsiqəsi ilə giriş dövrü başladı

Böyük Britaniyada “təhlükəsiz internet” adı altında yeni qanun qüvvəyə minib.

 

Sfera.az xəbər verir ki, “Online Safety Act” adlanan yeni qanuna əsasən, bütün internet platformaları istifadəçilərin yaşını etibarlı şəkildə yoxlamalıdır.

 

Bu məqsədlə pasport, sürücülük vəsiqəsi, bank məlumatları və ya üz tanıma sistemlərindən istifadə ediləcək.

 

Rəsmilər bu tələbin əsas məqsədinin uşaqları zərərli kontentdən qorumaq olduğunu bildiriblər.

 

Qanunun tələblərinə əməl etməyən saytların sahibləri milyonlarla funt sterlinq məbləğində cərimələnə və bloklana bilərlər.

 

Yeni qaydaların tətbiqi fonunda ölkədə VPN xidmətlərinə maraq kəskin artıb. Məlumata görə, VPN provayderlərinə olan tələbat son günlərdə 1400% yüksəlib.

 

Bununla belə, bəzi mütəxəssislər və sosial şəbəkə istifadəçiləri bu tədbirin siyasi məqsədlərlə istifadə olunduğunu iddia edirlər. “X” platformasında yayılan paylaşımlarda qeyd olunur ki, artıq bəzi müxalif siyasətçilərin çıxışlarını və fəalların saxlanılması ilə bağlı videoları izləmək mümkün deyil. (Ölkə.az)


OXŞAR XƏBƏRLƏR

Mədəniyyət dərisinə girmiş siyasi dəllal və ya “мальчик на побегушках”

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun guya Azərbaycanda rus mədəniyyətinin ləğv edilməsi barədə verdiyi açı...

“Jurnalistikaya qəbulda inşa imtahanı köhnəlmiş modeldir” – Ekspert

“Jurnalistika ixtisasına qəbul zamanı keçirilən qabiliyyət imtahanlarının yalnız inşa yazmaqla məhdudlaşması müasir dövrün tələblərinə uyğun gəlmir”...

Azərbaycanlı hakim “Braqa”nın oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.   Sfera.az xəbər verir ki, o, Rumıniyada ÇFR və Portuqaliyanın &...

Mənsum İbrahimov: " Bu sahəyə Arif Babayevin sənətini sevərək gəldim”

Xalq artisti Mənsum İbrahimov mərhum sənətkar Arif Babayevin vida mərasimində çıxış edərək onun sənət və pedaqoji fəaliyyətinə böyük dəyər verib: "Mən...

Arif Babayevlə vida mərasimi keçirilir - FOTOLAR

Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli ...

“Rusiya sanksiyalardan qorxmur" - ABŞ alternativlər axtarır

ABŞ avqustun 8-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Rusiyanın dövlət rəsmiləri bu sanksiyalardan qorxmadıqlarını açıqlamalarında bildiriblər. Veril...