Emin Ağalarov: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək

Emin Ağalarov: Avropanın ən böyük kazinosu “Sea Breeze”də tikiləcək

Tanınmış iş adamı və müğənni Emin Ağalarov yeni layihəsi ilə bağlı sensasion açıqlama verib.

 

Sfera.az xəbər verir ki, onun sözlərinə görə, Bakı yaxınlığındakı Nardaran ərazisində yerləşən "Sea Breeze” şəhərciyində Avropanın ən böyük kazinosu inşa olunacaq.

 

Ağalarov bu barədə özünün rəsmi "Instagram” səhifəsində paylaşım edərək bildirib:

 

"Bu sahədə böyük planlarımız var. Sizinlə vizualizasiyalarımızı və qlobal ideyalarımızı bölüşürəm. Layihəni reallaşdırmaq üçün bütün razılaşdırma və icazə mərhələlərinin tamamlanmasını gözləyirik”.

 

Müğənni eyni zamanda 90.000 kvadratmetrlik sahəni əhatə edəcək kazino layihəsinin ilkin maketini və vizual təqdimatını da izləyiciləri ilə paylaşıb. Kadrlarda klassik Avropa memarlığı üslubunda hazırlanan nəhəng kompleksin görüntüləri əks olunub.

 

Layihə başa çatdıqdan sonra "Sea Breeze” yalnız kurort və istirahət mərkəzi deyil, həm də regionun əsas əyləncə və oyun biznesi mərkəzinə çevrilə bilər.

 

Xatırladaq ki, Emin Ağalarov son illər ərzində "Sea Breeze” brendi altında Nardaranda genişmiqyaslı şəhərcik və istirahət mərkəzi inşa etdirir. Yeni kazino layihəsi isə bu konsepsiyanın daha da genişləndirilməsi baxımından növbəti böyük addım kimi qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR

“Jurnalistikaya qəbulda inşa imtahanı köhnəlmiş modeldir” – Ekspert

“Jurnalistika ixtisasına qəbul zamanı keçirilən qabiliyyət imtahanlarının yalnız inşa yazmaqla məhdudlaşması müasir dövrün tələblərinə uyğun gəlmir”...

Azərbaycanlı hakim “Braqa”nın oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.   Sfera.az xəbər verir ki, o, Rumıniyada ÇFR və Portuqaliyanın &...

Mənsum İbrahimov: " Bu sahəyə Arif Babayevin sənətini sevərək gəldim”

Xalq artisti Mənsum İbrahimov mərhum sənətkar Arif Babayevin vida mərasimində çıxış edərək onun sənət və pedaqoji fəaliyyətinə böyük dəyər verib: "Mən...

Arif Babayevlə vida mərasimi keçirilir - FOTOLAR

Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli ...

“Rusiya sanksiyalardan qorxmur" - ABŞ alternativlər axtarır

ABŞ avqustun 8-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Rusiyanın dövlət rəsmiləri bu sanksiyalardan qorxmadıqlarını açıqlamalarında bildiriblər. Veril...

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

Ali Məhkəmə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin işdən çıxarılan direktoru Gülsəba Abbasovanın iddiasını təmin etməyib.   Bu barədə Sfera...