Azərbaycanda 35 kişi məişət zorakılığına məruz qaldı
2025-ci ilin 7 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 302 müraciət daxil olub. Sfera.az xəbər verir ki, bu barədə Modern.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, müraciət edənlərin 68-i psixi, 21-i iqtisadi, 207-si fiziki, 6-sı cinsi zorakılığa məruz qalıb. Komitədən verilən məlumata görə, məişət zorakılığına məruz qalanların 35-i kişi, 286-sı qadın, 253-ü uşaq (149-u oğlan, 104-ü qız)