“Səmavi dinlər” layihəsinin yekun məhsulu təqdim olundu - FOTOLAR

"Səmavi dinlər" layihəsinin yekun məhsulu təqdim olundu - FOTOLAR
Kateqoriya məlum deyil
T

Azərbaycan dünyada dini tolerantlıq mərkəzi kimi tanınır. Əsrlər boyu müxtəlif dinlərin sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkəmizdə dövlət məscid, kilsə və sinaqoqların yalnız ölkə daxilində deyil, həm də xaricdə bərpa və mühafizəsinə xüsusi diqqət ayırır. Məhz bu amillər nəticəsində yeddi il əvvəl start verilən “Səmavi dinlər” layihəsinin yekun məhsulu təqdim olunub. Layihə çərçivəsində iudaizm, xristianlıq və İslama həsr olunmuş triptix yaradılıb.


Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial media hesabında paylaşım edərək layihənin əhəmiyyətini vurğulayıb:


“Yeddi illik böyük əmək və zəhmətin nəticəsini diqqətinizə təqdim edirik. Əməyi keçən hər kəsə – layihəyə nəzarət edən həmkarlarıma, xalçaçı-rəssama və xüsusilə zəhmətkeş xanım toxucularımıza dərin minnətdarlığımı bildirirəm. Nəhayət, tarixə düşəcək və gələcək nəsillərə miras qalacaq bu möhtəşəm incəsənət əsəri ərsəyə gəldi! Təbrik edirəm!”.


Layihənin mütəxəssislər tərəfindən daha dərindən qiymətləndiriləcəyi və Azərbaycan tolerantlıq ənənələrinin dünyaya tanıdılmasına mühüm töhfə verəcəyi bildirilir.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR