DYP-dən əhaliyə MÜRACİƏT: Profilaktik tədbirlər görüləcək

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 5 sentyabr – 5 oktyabr tarixlərini əhatə edən ənənəvi “Diqqət, uşaqlar!” profilaktik ayına başlayıb.
Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, aksiyanın məqsədi uşaqların yol qəzalarının qurbanına çevrilməsinin qarşısını almaq və onların həyatının qorunmasına töhfə verməkdir.
Məlumatda bildirilib ki, profilaktik ay çərçivəsində həm valideynlər, həm də sürücülər diqqətli olmağa çağırılır. Valideynlərə övladlarına yolda ehtiyatlı davranmağı, yalnız piyada keçidlərindən istifadə etməyi öyrətmək tövsiyə edilir.
Sürücülərə isə xəbərdarlıq edilib:
Məktəb və bağça yaxınlığında sürəti azaldın.
Uşaqlara və piyadalara yol verin.
Yol nişanları və işıqforların tələblərinə əməl edin.
Dayanma-durma qaydalarını pozmayın.
DİN və BDYPİ xatırladır ki, yol hərəkəti qaydalarına əməl etməklə yalnız özümüzün deyil, həm də uşaqların təhlükəsizliyi təmin olunur.
Bəsti Rəfizadə
Sfera.az
