Şagird və xadiməni döyən direktor müavini DANIŞDI – VİDEO
Lənkəran rayonunun Zövlə kənd tam orta məktəbinin direktor müavininin məktəbdə şagirdlə xadiməni döyməsi iddiasının təfərrüatı məlum olub. Araşdırmalar nəticəsində məlum olub ki, şagird və texniki işçini döyməkdə ittiham edilən Qurban Sadıqov artıq vəzifəsindən kənarlaşdırılıb. Sfera.az xəbər verir ki, o, hadisənin təfərrüatını danışıb. Dediyinə görə, bu mübahisəyə əsas səbəb onun 8-ci sinifdə təhsil alan oğlunun məktəbin 11-ci sinif şagirdi tərəfindən döyülməsi olub. Onun iddiasına görə,