Logo

Bakıda daha bir yerüstü metro stansiyası tikilir

Bakıda daha bir yerüstü metro stansiyası tikilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bakıda daha bir yerüstü metro stansiyasının inşasına başlanılıb".

Sfera.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Layihələrinin İdarə olunması Departamentinin rəis müavini Məmməd Rzayev deyib.

O bildirib ki, adıçəkilən yerüstü stansiya metropolitenin "yaşıl xətti"nə xidmət edəcək "Dərnəgül" deposunun daxilində olacaq:

"Dərnəgül" deposunda, həmçinin, yerüstü stansiya nəzərdə tutulub. Stansiyanın şərti adı "Dərnəgül deposu" adlandırılıb. Stansiya 2027-ci ildə istifadəyə veriləcək".

M.Rzayev bildirib ki, adıçəkilən stansiya 2030-cu ilədək istifadəyə veriləcək 10 yeni stansiyaya aid deyil.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR