Azərbaycan vətəndaşları bu il ən çox hansı ölkələrə səfər edib? - STATİSTİKA
2025-cü ilin yanvar-oktyabr ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 1 milyon 774,9 min nəfər olub. Bu barədə Sfera.az -a Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 31,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,8 faiz azalıb.