Güneldən etiraz: Bu qədər boşboğazlıq olmaz

Kateqoriya məlum deyil
T
“Doğrudan da bu qədər də boşboğazlıq olmaz. Quşlara da deyin gəlib pəncərəyə, ağaclara qonmasınlar, yuxarıda qalsınlar. Necə deyəcəksiniz?”
Sfera.az xəbər verir ki, bu sözləri Azəriqızı Günel Zeynalova sosial media hesabında yazıb.
O bildirib: “Allahın yaratdığı insanlarıq. Heyvanlar isə dilsiz canlılardır. Onlar bizdən daha mərhəmətli, daha etibarlı və sevgi doludurlar. Guya hürürlər deyə öldürürsünüz. Dişləyirlər deyə qovursunuz, döyürsünüz. Bəs yemləməyi qadağan etməyinizin izahı nədir? Ondansa robot çıxarın. Elə məqsədiniz də budur”.
İstanbulda küçə itlərini yemləmək qadağan olunub. Günel də öz narazılığını bu cür dilə gətirib.(“Yeni Sabah”)





